Əkizlər suda batan atalarını ölümdən xilas etdi

  • 2022.08.11 16:11
  • 2696 Baxış
Əkizlər suda batan atalarını ölümdən xilas etdi


10 yaşlı əkiz uşaqlar atalarını hovuzda batmaqdan xilas edib.

Bakupost.az xəbər verir ki, ABŞ-ın Alabama ştatında Braydon və Kristian adlı əkiz uşaqlar atalarını hovuzda idman edərkən birdən çırpınıb göyərdiyini görüblər.

Onlar 11 yaşlı dostu ilə birgə suya atılaraq kişini çıxarmış, süni nəfəs verərək ürəyini masaj ediblər.

Uşaqlardan biri yola çıxaraq insanları köməyə və təcili yardım çağırıb.

Təcili yardım atanı xəstəxanaya aparıb, 1 sutka sonra evə yazıb.
Uşaqlar deyir ki, ilk yardımı film izləyərkən görüb yadda saxlayıblar.

Ata ömrünün sonuna kimi uşaqlarına borclu olduğunu bildirib.