Ekonom klassda uçmaq təhlükəlidir – Cərrah

  • 2023.08.16 16:00
  • 2137 Baxış
Ekonom klassda uçmaq təhlükəlidir  – Cərrah

Səyahətçi, təyyarə trombozu deyilən sindrom artıq illərdir neçə-neçə insanın həyatını alıb.

Təyyarə ilə uçmaq damar sistemini təhlükəyə qoyur, buna ciddi hazırlaşmaq və bəzi qaydaları bilmək lazımdır.


“Medicina” xəbər verir ki, ali dərəcəli ürək-damar cərrahı Nikolay Şpilev “səhayətçi trombozundan” danışıb.


“Aviauçuşlar zamanı təyyarə kabinində oksigen azlığı, təzyiqin düşməsi, həyəcan, yüksəklik və uzun müddət oturaq vəziyyətdə qalmaq aşağıdakı halları yaradır:


- Hündürlük dekompression xəstəliyi
- Orta qulağın və burun ciblərinin travması
- Emfizema
- Venoz trombemboliya

- İlk dəfə ucuş zamanı embolik ağırlaşma barədə 1954-cü ildə Homans məlumat verib.

1977-ci ildə bu ekonom klass sindromu adını aldı. Çünki bu hissədə uçanlar daha çox ayaqları qatlama vəziyyətində olur və uzana bilmir.

İstənilən trombozun əsasında 3 səbəb durur: qan dövranının durğunlaşması, qanın qatılaşması və damar divarının pozulması.

Aygün Musayeva