Ekzemanın düşməni olan qidalar - SİYAHI

  • 2024.03.28 18:37
  • 456 Baxış
Ekzemanın düşməni olan qidalar -  SİYAHI
Ekzema son illərdə geniş yayılan, bir çox insanın mübarizə apardığı xəstəlikdir.

Medicina.az xəbər verir ki, bu xəstəlik zamanı bəzi qidalar şəfa verir, bəziləri isə vəziyyəti daha da kəskinləşdirə bilir.

Ekzemanın ən mühüm faktorlarından biri qaraciyərin zəif işləməsidir. Qaraciyər həzm sisteminə daxil olan qanın süzülməsindən məsul olduğu üçün son dərəcə mühüm rol oynayır. Bu orqan toksinlərlə dolduqda, düzgün işləyə bilmir. Bədəndə toksinlərin yığılması ekzemaya çevrilən iltihaba səbəb olur. Tədqiqatlar göstərir ki, ekzemadan əziyyət çəkənlərin qaraciyər funksiyaları anormaldır və problemin kökündə qidalarla ekzema arasındakı əlaqə dayanır.

Bəs hansı qidalar ekzemanı azaldır?

Turp və kələm növləri

Turp və kələm yemək qaraciyərin detoksifikasiya edən fermentlər istehsal etməsinə səbəb olur. Bu, qaraciyərinizin daha sağlam işləməsini dəstəkləyir. Həmçinin brokkoli, gül kələmi kimi tərəvəzlər həzm sistemini tənzimləyir və ekzemaya səbəb ola biləcək iltihabı azaldır. Bu qidalar vəziyyətin pisləşməsinin qarşısını alaraq ekzemanı yüngülləşdirə bilər.

Omeqa-3

Ekzema qidalanma ilə yaxından əlaqəli olduğundan, immunitet sistemini dəstəkləyən qidalar da allergiya və ekzema riskini azalda bilər. Omeqa-3 yağ turşuları da immunitet sistemini gücləndirən vasitələr arasındadır. Omeqa-3 ilə zəngin qidalara balıq, kətan toxumu, quru lobya, qoz, noxud, brüssel kələmi nümunə ola bilər.

Prebiotik

İmmunitet sistemini dəstəkləyən prebiotiklər ekzemanın əsas səbəbi olan iltihabı azaldır. Qatıq, kefir, süd və süd məhsullarında çoxlu prebiotiklər var. Sarımsaq, qulançar, kərəviz kimi tərəvəzlər; çiyələk, alma, banan və üzüm kimi meyvələr də prebiotik tərkibli qidalar arasındadır.

Sarıkök

Sarıkök antioksidant xüsusiyyətlərinə malik, iltihab əleyhinə effektli və ekzemanın müalicəsində tez-tez istifadə edilən kurkumin ehtiva edir. Kurkuminə ekzema da daxil olmaqla, otoimmün xəstəliklərin müalicəsində üstünlük verilir.

Arı südü

Bundan əlavə, arı südü, çiçək tozu və bal kimi məhsulların istehlakı immunitet sistemini gücləndirmək və ekzemadan qorunmaqda effektlidir.

D vitamini

D vitamini immunitet sisteminin düzgün və sistemli işləməsini dəstəkləyir. Beləliklə, ekzemanın meydana gəlməsinin qarşısı alır. D vitamini yay aylarında günəşə məruz qalaraq ifraz oluna bilər. Bundan əlavə, D vitamini yağda və bəzi göbələklərdə də var.

Bu qidaları menyudan çıxarın!

Fıstıq, inək südü, həmçinin qreypfrut, naringi və limon kimi turş meyvələr; anakardiya, buğda, soya, qoz, eləcə də qatqılı, qablaşdırılmış, işlənmiş qidalar ekzemaya səbəb olur. Ekzema probleminiz varsa, bu qidalardan uzaq durmağınız məsləhətdir.


Aysel