Əl sıxanda gücsüzlük təhlükədən xəbər verir

  • 2024.02.08 19:27
  • 589 Baxış
Əl sıxanda gücsüzlük təhlükədən  xəbər verir

Yaşlandıqca əl, bilək gücsüzlüyü, əl sıxanda əldə zəiflik təhlükəli xəstəliklərdən xəbər verir.


“Medicina” xəbər verir ki, terapevt Sara Carvis bu barədə xəbərdar edib.
“Əzələlərdə ümumi zəiflik 90% hallarda ürəkdə problerdən qaynaqlanır.

London Kral Universitetinin alimlərinin apardığı tədqiqatda müəyyən edilib ki, ürək tutumu zəif olan insanlarda əl, bilək gücü, yumruq gücü və tutumu daha zəif olub.

Eləcə də zəif əlsıxma gələcəkdə demensiya riskinin ola biləcəyini də göstərir.

Bunu Kaliforniya universitetinin alimləri 190 min yaşlı insan üzərində apardıqları tədqiqatda sübut edib.

Gənc və orta yaşda biləyi zəif olan insanlardsa qocaldıqda demensiya daha çox rast gəlinib.

Eləcə də biləyi zəif olanlarda osteoporoz güclü olur və onlarda yıxılanda sınıq daha tez baş verir.


Biləyin gücü xüsusi dinanometr vasitəsilə ölçülür. Eləcə də nevroloq fiziki müayinədə təxmin edə bilər”.

Aygün Musayeva