Əl və ayaqlarda ağrılar – Artritdir, yoxsa Artroz?

  • 2024.04.04 22:17
  • 483 Baxış
Əl və ayaqlarda ağrılar  – Artritdir, yoxsa Artroz?

Çox insanlar, hətta həkimlər belə artrozla artriti fərqləndirməkdə çətinlik çəkir.


“Medicina” xəbər verir ki, travmatoloq Sergey Korolev bu iki dayaq-hərəkət xəstəliyinin fərqlərini izah edib.



“Artritdə oynaq və kapsul toxumasında iltihablaşma olur, artrozda bu toxumaların strukturunda müəyyən dəyişikliklər yaranır.

Artrit daha çox qadınlarda rast gəlinir, oynaq ətrafı şişkinlik, ağrı olur.

Xəstəliyin bir neçə növü var: yuvenil, revmaoid, reaktiv artrit. Xəstəliyi sidik sistemi infeksiyaları, sümük problemi, zərərli vərdişlər, bədəndə iltihab, irsi xəstəliklər, artıq çəki yarada bilər.


Xəstə əvvəlcə ağrı hiss edir, sonra qızarma, şişkinlik yaranır.


Bu proseslər qızdırma, əhvalın pisləşməsi, ümumi ağrılar və gəzməkdə, iş görməkdə çətinliklə davam edir.


Artrozda isə qığırdaqlarda və kapsul örtüyündə yeyilmə, dağılma, mexaniki dəyişikliklər baş verir.

Müalicə olunmadıqda, proses irəliləyib qığırdağı dağıdır və bədənin hərəkətsizliyinə səbəb olur. Bu xəstəlikləri operativ olaraq, 1-2 ci mərhələdə müalicə etmək və immuniteti möhkəmlətmək lazımdır”.

Aygün Musayeva