Əl və ayaqlarda bu qızartı trombun əlaməti ola bilər - Britaniyalı həkim

  • 21 Apr 2022 14:39
  • 1244 Baxış
Əl və ayaqlarda bu qızartı trombun əlaməti ola bilər  - Britaniyalı həkim


Ayaqlarda şişkinlik, qızarma, əl vurduqda toxunulan sahənin batıb qızarması trombozun əlaməti ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə britaniyalı həkim Cefri Barns məşhur Eat This dərgisinə müsahibəsində deyib.

Damar üzrə mütəxəssis əl və ayaqların qızarmasının ciddi simptom olduğunu təsdiq edib.

"Adətən tromb bir ayaqda yaranır, ilk baxışdan bu təkcə həmin hissənin şişkinliyi, qabarması, ümumulikdə ayağın, əlin ödemi, eləcə də dəridə qırmızı rəng, ləkələr görülür.

Eləcə də damarlarında tromb olan insannın döş qəfəsində ağrı, sıxınt, təngnəfəslik, spazm və qıcolmalar da ola bilər.

Bu əlamətlər 2 həftədən artıq davam edərsə damar həkiminə müraciət edin. Trombu vaxtında müalicə etmək mümkündür".

Aygün Musayeva
BakuPost