Elektron siqaretlər aritmiya əmələ gətirir

  • 2022.10.28 20:43
  • 1424 Baxış
Elektron siqaretlər aritmiya əmələ gətirir

Elektron siqaretlər ürəkdə ritm pozulması-aritmiya yarada bilər.

"Medicina" xəbər verir ki, elmi tədqiqatlar veypinqin ürəyə tütündən fərqli təsirini sübut edib.
Onlar ürək ritmini tütün, nikotin qədər poza bilər.

Laboratoriya siçanlarına bu siqaretlərin təsiri nəticəsində onların ürəyində aritmiya - ürəyin vaxtından əvvəl yığılması müşahidə olunub.

Aritmiya həyati təhlükəli vəziyyətdir, insult, tromb və ürək dayanmasına səbəb ola bilir.

Belə ki, siçanlara elektron siqaretlə cəmi 5 günlük təsirdən sonra onlarda ürək ritmi kəskin azalmış, sonra birdən kəskin qalxmışdır.
Bu hallar daha çox meyvə və mentol dadlı siqaretlərdən olmuşdur.

Hazırda belə ətirli, dadlandırılmış veyplər daha dəbdədir.

Məlumdur ki, adi siqaretlər çəkdikdən 20 dəqiqə sonra ürək yığılıb-açılmasını pozur.
Elektron siqaretlərdə isə bu daha qısadır.

Aygün Musayeva