2 yaşlı uşağın qolu ətçəkəndə qaldı - Foto

  • 2025.10.07 17:45
  • 70 Baxış
2 yaşlı uşağın qolu ətçəkəndə qaldı  - Foto



Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.


"Medicina" xəbər verir ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

MEDİCİNA.AZ


2 yaşlı uşağın qolu ətçəkəndə qaldı  - Foto