Elif Elmas koronavirusa yoluxdu

  • 2020.10.04 00:07
  • 15199 Baxış
Elif Elmas koronavirusa yoluxdu
İtaliyanın “Napoli” klubunda çıxış edən “Fənərbaxça”nın keçmiş futbolçusu Elif Elmasın koronavirus testi müsbət çıxıb.

Komandadan verilən açıqlamada digər futbolçularda yoluxma hallarının aşkarlanmadığı qeyd olunub.

Xatırladaq ki, ötən mövsümün əvvəlində “Fənərbaxça”dan “Napoli”yə transfer edilən Elif Elmas bu mövsüm A Seriyasında iki oyunda çıxış edib və bir qol vurub.