Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Elmi-Tədqiqat Pediatriya İnstitutunun layihəsi qalib oldu

  • 2024.02.13 16:27
  • 944 Baxış
Elmi-Tədqiqat Pediatriya İnstitutunun layihəsi   qalib oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 4-cü layihə müsabiqəsi çərçivəsində təqdim edilmiş və ilkin ekspertizadan uğurla keçmiş 62 layihə üzrə elmi ekspertiza tamamlanıb. Qeyd edilməlidir ki, hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 müstəqil rəyçiyə göndərilib və ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib.



"Medicina" xəbər verir ki, ekspertizanın nəticələrinə əsasən, aşağıda qeyd edilən 4 layihə yüksək nəticələrlə qalib seçilib, onlardan biri Pediatriya institututunundur.

Azər ƏHMƏDOV

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

Vaxtından əvvəl doğulmuş körpələr üçün optimal qulluq və müalicə növləri:

OCTOPUS Layihəsi