Əməkdar artist xərçəngdən əməliyyat olunacaq

  • 2021.10.12 14:10
  • 1540 Baxış
Əməkdar artist xərçəngdən əməliyyat olunacaq

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.

Bu barədə aktyor Müşviq Şahverdiyev məlumat verib. O, N.Əsgərovun yaxın günlərdə əməliyyat olunacağı barədə paylaşım edib:



“İnşallah, bu mərhələni də keçəcək. Onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata alınacaq”.

Xatırladaq ki, Lənkəran Dövlət Teatrının aktyoru Niftulla Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.