Əməliyyata ehtiyac varmı? - 3–4-cü dərəcəli diz artrozunda İnteqrativ tibbin fərdi yanaşması - VİDEO
Əməliyyata ehtiyac varmı? - 3–4-cü dərəcəli diz artrozunda İnteqrativ tibbin fərdi yanaşması - VİDEO
2026.06.25 11:46
108 Baxış
Diz artrozu (qonartroz) xüsusilə orta və yuxarı yaş qruplarında rast gəlinən, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilən oynaq xəstəliklərindən biridir.
Medicina.az xəbər verir ki, xəstəlik irəlilədikcə diz nahiyəsində ağrı artır, hərəkət məhdudlaşır, yerimək çətinləşir və gündəlik işləri yerinə yetirmək belə problemə çevrilə bilir. Bu səbəbdən bir çox pasiyent əməliyyatın yeganə çıxış yolu olduğunu düşünür.
Lakin hər pasiyent üçün yanaşma eyni olmur.
Bir müddət əvvəl paylaşdığımız diz artrozu diaqnozlu pasiyentimizin müalicə nəticələri izləyicilərimiz tərəfindən böyük maraqla qarşılandı
Həmin paylaşımın ardından İnteqrativ müalicə yanaşması, tətbiq olunan metodlar və əldə olunan nəticələrlə bağlı çoxsaylı suallar aldıq.
Bu dəfə isə İnteqrativ Tibb üsulları ilə müalicə proqramımızdan keçmiş 3–4-cü dərəcəli diz artrozu (qonartroz) diaqnozlu daha bir pasiyentimizin müalicə prosesini və nəticələrini təqdim edirik.
Pasiyentin müraciət zamanı şikayətləri
Pasiyent klinikamıza müraciət etdikdə 5 ildən çox idi aşağıdakı problemlərdən əziyyət çəkirdi:
• Güclü diz ağrıları;
• Yerimədə çətinlik;
• Diz oynağında hərəkət məhdudluğu;
• Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik.
Bu şikayətlər pasiyentin həyat keyfiyyətinə ciddi təsir göstərdiyi üçün vəziyyəti hərtərəfli qiymətləndirildi və fərdi müalicə planı hazırlandı.
İnteqrativ tibbdə fərdi yanaşma niyə vacibdir?
İnteqrativ tibbdə məqsəd yalnız görüntülərdəki dəyişiklikləri deyil, bütövlükdə pasiyentin vəziyyətini qiymətləndirməkdir. Müalicə planı hazırlanarkən pasiyentin şikayətləri, funksional vəziyyəti, həyat tərzi, hərəkət imkanları və klinik göstəriciləri birlikdə nəzərə alınır.
Bu yanaşmanın əsas prinsipi hər pasiyent üçün eyni müalicəni tətbiq etmək deyil, onun fərdi ehtiyaclarına uyğun proqram hazırlamaqdır.
Məhz buna görə də müalicənin effektivliyi yalnız rentgen və ya digər görüntüləmə nəticələri ilə deyil, eyni zamanda:
• ağrıların azalması;
• hərəkət imkanlarının yaxşılaşması;
• yerimənin rahatlaşması;
• gündəlik işlərin daha rahat yerinə yetirilməsi;
• ümumi həyat keyfiyyətinin yüksəlməsi
kimi göstəricilər əsasında qiymətləndirilir.
Videoda təqdim olunan görüntülər müalicədən əvvəl və sonrakı rentgen müayinələrini əks etdirir. Müayinələr müxtəlif diaqnostik mərkəzlərdə aparıldığı üçün nəticələr yalnız rentgen görüntülərinə əsasən deyil, klinik qiymətləndirmə ilə birlikdə analiz olunmuşdur.
Bununla yanaşı, pasiyentin öz ifadəsinə görə müalicədən sonra diz ağrılarında azalma, daha rahat hərəkət etmə və yerimə imkanlarında yaxşılaşma müşahidə olunmuşdur.
Hər pasiyentin vəziyyəti fərqli olduğu üçün müalicə planı və nəticələr də fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər. Buna görə də hər bir pasiyent üçün ən uyğun yanaşma yalnız həkim müayinəsi və ətraflı qiymətləndirmədən sonra müəyyən edilir.
Videonu izləyin:
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89