Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır- Həkim

  • 2023.01.23 16:59
  • 643 Baxış
Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır - Həkim


Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksinə, bitkisəl dərmanların saflaşdırılması, standartlaşmanın olmaması, onların tərkibinə müxtəlif farmaseptik maddələrin qarışması, ağır metallarla kontaminasiya olunması, ehtimalları artır. Bu da gözlənilməyən əks təsirlərin ortaya çıxmasına səbəb olur.

"Medicina" xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.

Həkim qeyd edib ki, ölkəmizdə istifadəsi geniş yayılmış bəzi bitkisəl tərkibli dərmanlar xüsusilə əməliyyata gələn xəstələr üçün təhlükə yarada bilər:

"Bitki mənşəli dərmanların qəbulunun ən azı əməliyyatdan iki həftə əvvəl dayandırılmasını istəyirik. Bunlara sarımsaq, zəncəfil, balıq yağı, E vitamini kimi preparatlar daxildir. Onların istifadəsini öncədən dayandırmalısınız, bəziləri K vitamini, bəziləri isə trombositlər üzərindən təsir göstərir, qanı durulaşdırır və qanaxma ehtimalını artırır.

Odur ki, əməliyyatdan əvvəl cərrahınıza və anestezioloqunuza bütün bitkisəl əlavələri və preparatları səhih şəkildə bildirin.

Çünki analizlərdə qəbul etdiyiniz preparatların təsir mexanizmini və nəticələrini görməyə bilərik. Belə olan halda, ya əlavə analizlər istəyə, ya da qəbul etdiyiniz preparatı dayandırıb sizi güvənli şəkildə əməliyyata alacağıq. "Bitki tərkiblidir, zərəri yoxdur, heç bir şey olmaz" deyib laqeyd yanaşmayın, hər şey gözlədiyimizdən daha riskli ola bilər" /publika.az/.