“Əmzik o yaşda tərgidilməlidir, yoxsa...” – ANALARA HƏKİM TÖVSİYƏSİ

  • 2017.10.13 12:08
  • 13715 Baxış
“Əmzik o yaşda tərgidilməlidir, yoxsa...” –  ANALARA HƏKİM TÖVSİYƏSİ
Uşaq doğulduqdan sonra yeni anaları sual qarşısında qoyan məsələlərdən biri də uşaqlara əmzik verilib-verilməməsi ilə bağlıdır. Çünki əmziklərlə bağlı həkim və valideynlərin fikirləri haçalanır. Bəzi həkimlər əmziyi uşağın ağız və dişlərinə zərərli hesab edir. Analar isə rahatlığına görə əmziyə üstünlük verirlər.


 

Medicina.az ailem.az-a istinadən uşaq sağlamlığı və xəstəlikləri üzrə türkiyəli mütəxəssis Mehmet Ali Talayın bu haqda fikirlərini təqdim edir:

 

Həkim bildirir ki, uşağın əmmə refleksi həyatda qalmaq üçün ana bətnində öyrəndiyi və yuxuda, oyanıq olarkən təkrar etdiyi bir hərəkətdir: "Əmmək uşağı sakitləşdirir. Uşaqlarda əmmə ehtiyacı ən çox ilk 3-4 aylıq ikən çox bəlli olur. Uşağın anaya alışması və əmmə alışqanlığını anadan öyrənməsi üçün doğuşdan sonra bir neçə həftə uşağın əmziklə tanış olmaması əhəmiyyətlidir. Əmzik uşağın aclığını dayandırmaq üçün əsla verilməməlidir. Əgər uşağınızı əmizdirirsinizsə, yəqin ki, ona əmziyi gec verməyi seçəcəksiniz. Ana döşündən süd əmmək, əmzik əmməkdən fərqlidir. Silikon bir əmzik əmmək çox asan ikən, ana döşündən süd içmək uşağınız üçün olduqca çətin bir vəziyyətdir”.

 

Mütəxəssis deyir ki, müəyyən müddət üçün tərkibində zərərli maddə olmayan, ortodontik, silikon bir əmzik istifadəsi uşaq üçün faydalıdır. Amma bunun da öz vaxtı olmalıdır: "Bəzi uşaqlara çox erkən əmzik verilir, ancaq bu vəziyyət uşağın anasının döşünü əmməyi öyrənərkən problemlər yaranmasına səbəb ola bilər. Bütün bunlarla bərabər uzun müddət əmzik istifadə edən uşaqlarda ağız və diş sağlığı pozula bilər. Uşağın təbii damaq quruluşu və buna paralel olaraq diş sıralaması da itə bilər. İki yaşından sonra davam edən bu alışqanlıq dişlərin yer dəyişdirməsinə - üst dişlərin önə, alt dişlərin arxaya çəkilərək, aralarında boşluqlar yaranmasına səbəb ola bilər. Əmzik o dövrdə tərgidilərsə, bu problemlərin yaranmasının qarşısı alınır”.