Əmziklər uşaqlarda yaradır - Valideynlər oxusunQORXUNC XƏSTƏLİKLƏR

  • 2017.11.08 13:24
  • 15486 Baxış
Əmziklər uşaqlarda  yaradır - Valideynlər oxusun QORXUNC XƏSTƏLİKLƏR
Əmziklər autizm, diabet, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur.

 

Medicina.az-ın məlumatına görə, Amerikada aparılan araşdırma nəticəsində məlum olub ki, plastmas əmziklərin tərkibində hormonları pozan kimyəvi qatqılar var.


Mütəxəssislərin verdiyi açıqlamaya görə, günümüzə qədər heç bir araşdırma idarəsi plastmas əmzikləri test etməyib:


"Diş qaşıyıcısı olan əmziklərin tərkibində hormon pozan toksinlər var. Bir  çox əşyaların üzərində tərkibində toksinin olmadığı yazılsa da, əslində hər birində var. Yemək saxlama qabları, yuyucu toz, oyuncaq və bir sıra günlük kosmetik vasitələr də bura daxildir”.


Onların sözlərinə görə bu kimyəvi maddələr autizm, içəqapanma kimi psixoloji problem, kişilərdə sonsuzluq və s. yaradır.