Ən faydalı şirniyyat bu elan olundu

  • 2023.03.31 16:48
  • 2727 Baxış
Ən faydalı şirniyyat bu elan olundu
Təbii tünd şokolad orqanizm üçün faydalıdır.

“Medicina” xəbər verir ki, mütəxəssislər tünd şokoladın gündəlik istehlak edilən ən sağlam şirniyyat olduğuna inanırlar.


Müasir tibb iddia edir ki, şokolad qan dövranı sistemini gücləndirir, yaddaşı, əhval-ruhiyyəni yaxşılaşdırır, immuniteti artırır, sinir sisteminin sabitliyini artırır, enerji mənbəyidir, insan üçün lazım olan vitaminləri (A, B, E) və mikroelementləri istehlak edir.

Dietoloq Andreanna Rainville, şokoladın antioksidantlar olan flavonoidləri sayəsində əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib. Şokoladda həmçinin serotonin, dofamin və feniletilamin var.

Psixoloqların fikrincə, insanı qorxu, narazılıq hissləri təqib edə bilər, o, gərgin vəziyyətdə ola bilər, dincəlmək üçün heç bir yol yoxdur. Məhz, şokolad psixostimulyasiya edən fenamin mənbəyidir, müsbət emosiyalar, məmnunluq yaradır.
Terapevtlərin fikrincə isə kofein və teobrominin performansa və yaradıcı fəaliyyətə müsbət təsir göstərir. Şokoladda çoxlu maqnezium, kalsium, dəmir, kalium, B vitaminləri var. Maqnezium və kalium sinir sisteminin təbii

stimulyatorlarıdır. Bəzi tədqiqatlar göstərir ki, şokoladın beyin fəaliyyətinə müsbət təsiri var.

Xüsusilə, yaddaşı yaxşılaşdırmaqla, diqqətlilik səviyyəsini artırmaqla, artan əsəbiliyin öhdəsindən gəlməyə kömək edir - eyni zamanda əhval-ruhiyyəni də yaxşılaşdırır. Beyin fəaliyyəti beynə aktiv qan axını aktivləşdirən flavanol tərəfindən stimullaşdırılır. Tərkibində təbii flavanol olan şokolad qanın, beynin yaddaş və reaksiyadan məsul olan hissələrinə çatmasına kömək edir.

Stamotoloqların fikrincə,m şokoladın tərkibində antibakterial təsir göstərən kakao dənələri var. Tərkibində ən azı 56% kakao dənəsi olan saf şokolad dişlər üçün faydalıdır.

Mütəxəssisin fikrincə, gündə bir neçə dilim yeyə bilərsiniz, ancaq bütöv bir plitkanı olmaz. Eyni zamanda, şokoladda ən azı 70 faiz kakao olmalıdır.

Günay Quliyeva