Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən faydalı yay meyvələri

  • 2025.05.23 09:30
  • 196 Baxış
Ən faydalı  yay meyvələri

İsti havalarla birlikdə orqanizmin suya ehtiyacı artsa da, immunitet sisteminin də güclü qalması lazımdır. Bu dövrdə düzgün qidalanma həm enerji səviyyələrini qorumaq, həm də sərin qalmaq üçün böyük əhəmiyyət kəsb edir.

Medicina.az yayda yeyilməsi lazım olan bəzi meyvələri təqdim edir:



Qarpız: Yayın sərinləyən "kralı"

Yüzdə 92 sudan ibarət olan qarpız isti havalarda susuzluğunuzu yatırtmağın ən ləzzətli üsullarından biridir. Tərkibindəki likopen sayəsində immunitet sistemini gücləndirərkən, antioksidant təsiri ilə hüceyrələri qoruyur.

Qovun: Şirin və dərman

Şirin dadı ilə yazın sevimlisi olan qovun A və C vitaminləri ilə zəngindir. Həzm sistemini tənzimləyir, dərini nəmləndirir və sərinləşdirici təsiri ilə yay aylarında əvəzolunmazdır.



Çiyələk: Antioksidant anbarı

Çiyələk güclü antioksidant tərkibi ilə toksinləri aradan qaldırmağa kömək edir. C vitamini anbarı olan bu meyvə dəri sağlamlığına da töhfə verir.

Şaftalı: Lif və minerallar mənbəyi

Lifli quruluşu ilə həzm sistemini dəstəkləyən şaftalı kalium və dəmir baxımından zəngin bir meyvədir. Xüsusilə günəşin dəri üzərində mənfi təsirlərinin aradan qaldırılmasında rol oynayır.



Albalı: iltihab əleyhinə mübarizə aparır

Gilasın bilinən iltihab əleyhinə xüsusiyyətləri sayəsində oynaq ağrılarını aradan qaldırdığı düşünülür. Sidikqovucu təsiri ilə də böyrək sağlamlığına qatqı təmin edir..

Aygün
Medicina.az