Ən geniş yayılmış ürək- damar xəstəlikləri – Nədən qaynaqlanır?

  • 2023.02.24 15:05
  • 2580 Baxış
Ən geniş yayılmış ürək- damar xəstəlikləri  – Nədən qaynaqlanır?

Adətən ürək - damar xəstəliklərindən əhalinin yaşlı təbəqəsi əziyyət çəkir. Son illər bu daha çox cavan nəslə də təsadüf edir..


“Medicina” ürək – damar sisteminin ən geniş yayılmış növlərini təqdim edir.


- İşemik xəstəlik. Bunun səbəbi koronar arteriyaların zədələnməsi səbəbindən miokardın qan təchizatının azalmasıdır.

- Aritmiya. Bu qrupa ürək ritminin pozulması ilə əlaqəli xəstəliklər daxildir.

- Kardiomiopatiya. Genişlənmiş boşluqların aşkar edildiyi bu patologiyalar qrupu ürək çatışmazlığı klinikası, ritm pozğunluqları ilə özünü göstərir.

- Ürək qüsurları. Bura həm anadangəlmə, həm də qazanılmış patologiyalar daxildir.

- Ateroskleroz. Ürəyi qidalandıran qan damarlarının zədələnmiş divarları ilə xarakterizə olunan xroniki bir xəstəlik.

- Hipertoniya. Bu problem əsas simptom - yüksək qan təzyiqi ilə xarakterizə olunur.

- Ürək toxumalarında iltihabi proseslər nəticəsində yaranan endokardın, miyokardın xəstəlikləri – viruslardan sonra
- Perikardit. Ürəyin xarici təbəqəsi ilə bağlı problemlər nəticəsində yaranan patologiyalar.

- Miokard distrofiyası. Bu qrupa ürək-damar sistemində metabolik proseslərin pozulması ilə müşayiət olunan bir çox xəstəliklər

Bunun üçün əsas müayinə Elektrokardioqrafiya (EKQ), lipid profili, biokimya, elektrolitlər və s. üçün qan testləri, EKQ və qan təzyiqinin gündəlik monitorinqi, karotid arteriyaların, damarların, böyrək arteriyalarının ultrasəsi, ürəyin ultrasəsi (exokardioqrafiya) və s. aparılmalıdır.

Günay