Ən güclü antioksidant - Amarant bitkisi

  • 2019.10.26 12:20
  • 10404 Baxış
Ən güclü antioksidant -  Amarant bitkisi

Amarant qırımızı və uzun çiçəklərə malik olan bir
bitkidir. Onun boyu 3 metrə qədər qalxa bilir. Amarant dənli bitkilərdən hesab
edilir. Onun qara, çəhrayı, sarı və ya yaşıl rəngdə toxumları olur.

 


Medicina.az xəbər verir ki, amarant çiçəkləri
öz təravətini uzun müddət saxlaya bilir. Bu səbəbinə görə də onu qış fəslində
evin gözəl görünməsi üçün dibçəkdə yetişdirirlər. Amarant bitkisi Antraktidadan
başqa dünyanın bütün yerlərində yetişə bilən bitkidir. Sənayedə amarantın
toxumlarından geniş istifadə olunur.


Faydalı tərkibi  -vitaminlər - A(beta-karotin), B1(tiamin), B2(riboflavin), PP(nikotin), B3,
B5(pantoten turşusu), B6(pridoksin), B9(fol turşusu), C(askorbin turşusu),
E(tokoferol), B4(xolin)


- makroelementlər – kalium, kalsium, maqnium, natrium, fosfor


-mikroelementlər – dəmir, marqanes, selen, sink


 



Amarat toxumlarının qida dəyəri onun tərkibində olan 20-23% zülallar, lizin,
yarımdoymamış yağ turşuları, nişasta, sterol və flavonoidlər var. Aramant
toxumları ilə qidalanmaq orqan və toxumların oksigenlə qidlalnmasına səbəb
olur, orqanizmə immun yüksəldici, dərini möhkəmləndirici təsir göstərir. Dünyanın bir çox ölkələrində amarant toxumlarından qida vasitəsi kimi istifadə
edilir. Ondan tərəvəz, dənli bitki, dərman vasitəsi və qida kimi istifadə
edilir. Amarant XXI əsrin ən çox yetişdirilən dənli bitkilərindəndir. Buna səbəb
isə onun qida dəyərinin yüksək olması və məhsuldarlığının bol olmasıdır.
Amarantdan içkilərin, qidaların, balıq məhsullarının, blanşların, konditer və
un məmulatlarının hazırlanmasında istifadə edilir. Onu buğ ilə bişirərək dadlı
yeməklər hazırlayırlar.


 


  Amarantdan orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir. Ondan
müxtəlif dərman preparatları hazırlanır. Çin təbabətində amarant toxumlarından əldə
edilən yağ şiş toxumalarına qarşı radioterapiya müalicəsi zamanı qəbul edilir.
Bu yağ dəri və daxili orqanlara yarasağaldıcı, zədələnmiş toxumalara bərpaedici
təsir göstərir. Amarant ürək-damar sisteminin möhkəmlənməsinə, dərinin
sağlamlaşmasına səbəb olur, orqanizmdə sərbəst radikallara qarşı mübarizə
aparır.Amarant toxumları ilə babasil, sidik ifrazı sistemini iltihabi xəstəlikləri,
anemiya, diabet, zəiflik, gücsüzlük, nevrozlar, piylənmə, yanıqlar, parodontit,
stomatit, mədə və onikibarmaq yarası, atereskleroz xəstəliklərində qidalanmaq
orqanizmdə xəstəlik əlamətlərinin azalmasına səbəb olur.


Kosmetologiyada amarant bitkisinin toxumlarından, çiçəklərindən, yarpaqlarından
və toxumlarının soyuq üsulla sıxılmasından əldə edilən yağından istifadə
edilir.


 


 



Amarant yağının tərkibində 8% olan skvalen dəri toxumasının qorumasına səbəb
olur. Skvalen dəri üçün lazım olan əsas komponenetlərdən biridir. Skvalen xərçəng
hüceyrələrinə qarşı mübarizə aparan maddələrdəndir. O dəriyə qulluq edir, dəri
toxumalarının oksigenlə qidalanmasına səbəb olur, sərbəst radikallara qarşı
mübarizə aparır. Amarant yağında olan E vitamini zədələnmiş dəri toxumalarını
qidalandırır. Amarant yağı dəri toxumasına bərpaedici, qidalandırıcı,
tonuslandırıcı, yumuşaldıcı təsir göstərir. Onun antibakterial, qoruyucu təsiri
psoriaz, ekzema, neyrodermit, dermatit, allergik dertmatozlar, trofik yaralar və
herpes virusu xəstəliklərinin sağalmasını sürətləndirir.


Amarantın zərərli xüsusiyyətləri Amarantın zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.Xolisitit,
pankreatit, öd daşı və sidik daşı xəstəliyi zamanı amarantdan istifadə edərkən
diqqətli olmaq tövsiyə edilir.


 

Ən güclü antioksidant -  Amarant bitkisi
Ən güclü antioksidant -  Amarant bitkisi