Ən müasir angioqrafiya cihazı Neftçilər xəstəxanasındadır- Direktor

  • 2024.05.06 15:19
  • 610 Baxış
Ən müasir angioqrafiya cihazı Neftçilər xəstəxanasındadır - Direktor

İcbari Tibbi Sığortayla əhaliyə xidmət göstərən xəstəxanalardan bri də Mərkəzi Neftçilər xəstəxanası ümumilikdə 1 milyondan çox xidmət göstərilib”.

"Medicina" xəbər verir ki, Mərkəzi Neftçilər xəstəxanasının direktoru Musa Abbasov “İdarəçi təbiblər” layihəsi çərçivəsində açıqlamalar verib:


Mərkəzi Neftçilər Xəstəxanası 1956-cı ildən, yəni təxminən 70 ilə yaxındır ki, fəaliyyət göstərir. Yeganə xəstəxanadır ki, həm suda, həm quruda, həm də Xəzər adalarında tibbi xidmət göstərib.

Mərkəzi Neftçilər Xəstəxanası ilk orqan transplantasiyası həyata keçirilən xəstəxana olub. Ölkədə kardiocərrahiyyə sahəsində xüsusi xidmətləri olub, invaziv kardiologiya tibb müəssisəsində xüsusilə çox inkişaf edib. Bir çox əməliyyatlar ilk dəfə endoskopik şəkildə, eləcə də baş-boyun cərrahiyyəsi sahəsində unikal əməliyyatlar icra olunub.

TƏBİB-in strukturuna keçənədək təsərrüfat hesablı idi və xəstəxananın həm idarəolunmasında, həm maddi-texniki bazasının saxlanılmasında müəyyən çətinliklər mövcud idi. TƏBİB-in tabeliyinə daxil olduqdan sonra müəssisədə olan çətinliklər aradan qalxdı.


- Müəssisəyə gün ərzində təqribən 700 - 1 000 nəfər müraciət edir və onlara təxminən 3 500 - 4 000-ə qədər tibbi xidmət göstərilir. Ay ərzində isə təxminən 20 000-ə yaxın vətəndaşa 120 000-dən çox tibbi xidmət göstərilir.

Ay ərzində vətəndaşlara təxminən 7 000-ə qədər radioloji, 53 000-ə qədər isə laborator xidmət göstərilir. Müəssisədə gün ərzində 35-40, ay ərzində isə 1 200-ə qədər cərrahi əməliyyat icra olunur.

Məlumat üçün bildirim ki, Mərkəzi Neftçilər Xəstəxanasında 2023-cü il ərzində 13 000 cərrahi əməliyyat icra olunub.
Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyəti dövrü ərzində bu rəqəm ilk dəfə qeydə alınıb.


Xəstəxanada TƏBİB-in və icbari tibbi sığortanın dəstəyilə ən müasir angioqrafiya cihazlarından biri qurulub. Tezlikdə onun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin qismən xidmət göstərən invaziv kardiologiyanın ən qısa müddətdə fəaliyyəti genişləndiriləcək. Müəssisədə uşaq kardiocərrahiyyəsinə də start veriləcək.

Xəstəxananın transplantasiya ilə bağlı lisenziyası mövcuddur. İşlər tamamlandıqdan sonra yenidən transplantasiya əməliyyatlarına start verilməsi də planlaşdırılıb".

MEDİCİNA.AZ