Ən sağlam insanlar BU FƏSİLDƏ DOĞULUR

  • 2017.12.05 21:15
  • 20401 Baxış
Ən sağlam insanlar  BU FƏSİLDƏ DOĞULUR
Yayda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur.

 

Medicina.az xəbər verir ki, Kembric Universiteti (Böyük Britaniya) alimləri 450 min insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə nəticəyə gəliblər.


Zee News xəbər verir ki, yayda doğulan uşaqların çəkisi daha çox olur və böyüyəndə onların boyu qışda doğulanlarla müqayisədə daha hündür olur. Alimlər bunu gün şüalarının ananın orqanizminə olan təsiri ilə əlaqələndirir.


Həmçinin mütəxəssislər aşkar ediblər ki, yayda doğulan qızlarda menstruasiyalar daha gec başlayırdı. Bu müsbət göstərici sayılır. Menstruasiyaların tez başlanması qadınlarda bir sıra xəstəliklərin, o cümlədən bəzi xərçəng növlərinin riskini artırır.


Həmçinin yayda doğulan insanlar daha pozitiv olur ki, bu da onların sağlamlığına müsbət təsir edir.(sağlamolun.az)