Ən təhlükəli göz xəstəlikləri - Türkiyədə hansı müalicələr var? - VİDEO

  • 2023.03.30 10:41
  • 4880 Baxış
Ən təhlükəli göz xəstəlikləri -  Türkiyədə hansı müalicələr var? - VİDEO
Görməni itirmək hər an hər bir insanın başına gələ biləcək durumdur. Getdikcə nadir, mürəkkəb və təhlükəli göz xəstəliklərinin sayı artır.

Medicina.az xəbər verir ki, ən təhlükəli göz xəstəlikləri geri dönüşü olmayan görmə itkisi – korluğa səbəb ola biləcək xəstəliklərdir.

Maraqlısı budur ki, ağır göz xəstəlikləri erkən dövrdə ciddi əlamət verməz, gizli irəliləyər, bir çoxu təsadüfi müayinələr zamanı üzə çıxar.

Elə göz xəstəliyi var ki, anidən başlayıb, 1 ilə insanı kor edə bilər.


Ən təhlükəli xəstəliklərə bunlar aiddir:

- Qlaukoma
- Sarı nöqtə xəstəliyi
- Şəkərə bağlı retinopatiya
- Göz damarları tıxanıqlığı
- Retinal yırtıq
- Uşaq yaşda göz təzyiqi
- Ağır infeksiyalar
- Ağrısız görmə itkisi
- Miopatiyalar





Qlaukomanın müalicəsi varmı?

Xalq arasında göz təzyiqi adlanan bu xəstəlik göz həkimlərinin belə qorxduğu durumdur. O heç bir ciddi əlamət vermədən uzun illər irəliləyib, birdən görmə itkisinə səbəb olur ki, bu görməni geri qaytarmaq mümkünsüzdür.

Bunun qarşısını almaq üçün heç olmasa ildə bir iki dəfə göz içi təzyiq ölçülüb, göz tomoqrafiyası çəkilməlidir.

Ani göz təzyiqi bir anda yüksəlib, saatlar içində korluğa səbəb ola bilər.


Sarı nöqtə nədir:

Orta yaş dönəmində ən çox görmə itkisən səbəb olan xəstəlikdir. Retina ortasında yer alan görmə nöqtəsi pozulur, qanayır, hüceyrələri ölür və görmə zəifləyir.

Sarı nöqtə erkən dövrdə aşkar olunarsa, göz içinə olunan müalicə iynələr sayəsində müalicə oluna bilər.
Gec olduqda müalicə effect verməyə bilər.

Sarı nöqtə xəstəliyinin 2 növü var: quru forması yavaş gec inkişaf edir, yaş növündə ani qanamalar olur.


Şəkər xəstəliyindən kor olmaq


Şəkər gözü və damarlarını qısa müddətdə zədələyən xəstəlikdir.
Xəstədə şəkər olduqda, o gözündə baş verən damar və sinir ölməsini hiss etmir, artıq gözü kor olana yaxın anlayır.
Buna görə şəkər xəstələrinin heç bir şikayəti olmasa da, göz müayinəsindən rutin keçirilməsi vacibdir.


Göz damarlarının tutulması

Gözün əsas ana damarları tutulduqda görmə itirr və bu zaman ilk 1 saatda bu damar invaziv yolla açılmazsa, korluq daimi olur.

Bu hal şah damar, ürək damarı tutulması, tromb atması və xolesterol tıxanmasından olur.

Damar tıxanması zamanı görmə itkisi çox asta, zəif gedər, adətən yüksək təzyiq, şəkər, göz təzyiqi ilə yanaşı gedər. Erkən mərhələdə müalicəsi var.

Uşaqlarda katarakt və göz təzyiqi vaxtında müalicə olunmazsa, korluğa kimi gedib çıxa bilər.

Eləcə də uşaqlarda bəzən göz içi, arxası şişlər çox rast gəlinir, uşaq şikayət etmir, artıq şiş böyüdükdə həyatı təhdid edici anda üzə çıxır.

90% uşaq göz xəstəlikləri 10 yaşına kimi müalicə edilməzsə, sonradan müalicə və əməliyyat uğursuz hala gəlir.

Ani baş verən, ağrısız kor olma

Bu vəziyyət qeyd olunan və digər göz xəstəliklərində ortaya çıxır. Bİr dəqiqəyə qədər sürən göz qaralmaları gözə tromb düşməsi kimi qəbul edilir.

Əgər özünüzdə və uşaqlarınızda səbəbi bilinməyən, müalicəsi effekt verməyən göz xəstəlikləri varsa, o zaman Türkiyədə fəaliyyət göstərən, Bakıya gəlməyən, Amerika və Avropa səviyyəli professor və göz həkimlərinin qəbuluna yazılıb, cəmi 2 gün ərzində müayinə olunub geri qayıda bilərsiz.

Ən uyğun şərtlər üçün Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiniz.





Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Artıq şirkətin rəsmi ofisi Bakıdadır.

Digər turizm agentliklərindən fərqi:


1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.

Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.

Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07


Aygün Musayeva
Medicina.az