Endokrinoloq həkimə nə vaxt müraciət etməli?

  • 2023.03.01 15:53
  • 2103 Baxış
Endokrinoloq həkimə nə vaxt müraciət etməli?

Endokrin sistem xəstəliklərinin simptomları varsa, endokrinoloq həkimə müraciyyət etmək lazımdır.




“Medicina” endokrinoloji problem əlamətlərini təqdim edir.

- Xroniki yorğunluq sindromu;
- Əzələ zəifliyi;

- Menstruasiya dövrünün pozulması;
- Qeyri-sabit psixo-emosional vəziyyət: əhvalın dəyişməsi, depressiya, incikliyin artması, əsəbilik və s.;
- Diqqətin dağılması, əmək məhsuldarlığının azalması;

- Susuzluq hissi, tez-tez ağız quruluğu;
- Artan tərləmə;

- Boğazda yumru hissi, titrəmə və ya hərarət;
- Ürək ritminin pozulması;

- Qida rejimini dəyişdirmədən qısa müddətdə səbəbsiz çəki itirmək və ya artıq çəki.

Endokrinoloqla görüş zamanı bütün simptomlar, əvvəlki xəstəliklər və əməliyyatlar barədə məlumat verməlisiniz. Bəzi hallar endokrin sistemin vəziyyətinə təsir etməsə belə görmə kəskinliyinin azalması və ya sulu gözlər tiroid funksiyasının pozulmasını göstərə bilər.

Günay