Energetik içkinin ölümcül dozası açıqlandı – Bu qədər içsəniz...

  • 2023.11.20 21:10
  • 1718 Baxış
Energetik içkinin ölümcül dozası açıqlandı  – Bu qədər içsəniz...

Energetik içki qəbulundan sonra həyatını itirən və ya ürək-damar problemi yaşayan gənclər barədə faktlar az deyil.


“Medicina” xəbər verir ki, rusiyalı həkim, professor Zuhra Pavlova orqanizmin energetiklərlə stimulə edilməsinin zərərindən danışıb.

“Energetiklərdə elə bir maddə var ki, orqanizmi, ürəyi öz imkanlarından daha yüksək və ağır rejimdə işləməyə məcbur edir.

İnsan yorulanda bu orqanizmin qoruyucu reaksiyasdır ki, insan dincəlməklə özünə zərər etməsin.
Bu zaman energetik içdikdə, biz bunları blok edib, daha da işləməyə davam edirik.

İnsanın yaşı, orqanizmindən asılı olaraq, istənilən doza ölümcül ola bilər.

Əgər insanda anevrizma varsa, energetik içki bu hissəyə təzyiq göstərib, onu yırta bilər.


Anevrizma aorta və baş beyin damarının divarının qabarması, torbalanması, nazilməsidir. Anevrizma yırtılması zamanı insan ölür.

Eləcə də ürək damarı və ritmində pozulma olanda, energetik içki təsirindən infarkt ola bilər.

Energetik içki miqdarı gündə 1 bankanı aşmamalıdır. İçkidən sonra bədəndəki dəyişikliyə fikir verin”.

Aygün Musayeva