Xüsusilə gənclər arasında kifayət qədər populyarlaşan enerji içkiləri tərkibindəki yüksək kofein ilə diqqət çəkir.
Medicina.az xəbər verir ki, mütəxəssislər enerji içkiləri ilə bağlı mühüm xəbərdarlıqlar edir.
Enerji içkilərində çox vaxt yüksək miqdarda kofein, şəkər, taurin, B vitaminləri, quarana, jenşen və bəzi stimulyatorlar olur.
Bu maddələr qısa müddətli enerji artımı təmin edə bilsə də, ciddi yan təsirlərə də səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, enerji içkilərinin həddindən artıq istehlakı ürək döyüntüsü, yüksək təzyiq, yuxusuzluq, əsəbilik və hətta infarkt riskini artıra bilər.
Xüsusilə gənclər, idmançılar və xroniki xəstəlikləri olanlar bu içkilərdən uzaq durmalıdırlar.
Enerji içkiləri ölçülü istehlak edildikdə müvəqqəti stimullaşdırıcı təsir göstərə bilsə də, mütəxəssislər su, təbii meyvə şirələri və balanslaşdırılmış qidalanmanın daha sağlam enerji mənbələri olduğunu vurğulayırlar.
Aygün
Medicina.az