Ənvər Həsənovun vəziyyəti lap pisləşdi - Qızından açıqlama

  • 2022.09.12 15:02
  • 1300 Baxış
Ənvər Həsənovun vəziyyəti lap pisləşdi   - Qızından açıqlama


Xalq artisti Ənvər Həsənov uzun sürən müalicədən sonra sentyabrın 5-də xəstəxanadan evə buraxılmışdı.


Medicina xəbər verir ki, aktyorun qızı Aytən Həsənova Axşam.az-a açıqlamasında atasının səhhətinin yenidən pisləşdiyini deyib. O bildirib ki, Ə.Həsənov xəstəxanaya getməkdən imtina edib:

“Dünən halı lap pisləşdi. İndi də halsızdır. Axırda güclə bir MRT (maqnit rezonans tomoqrafiyası - red.) tapmışam və növbəyə yazılmışam. Atam xəstəxanaya getməkdən imtina edir, deyir, nə olursa, evimdə olsun. Həkim gəlib yoxlayır, nəzarətdə saxlayır”.

A.Həsənova atasının koronavirus testinin nəticəsindən də danışıb:

“Beş gündən sonra testin cavabı neqativ çıxdı. Çox gülməli hal idi. Atam o virusu haradan tutdu və necə sağaldı - anlamadıq. Atamın səhhətindəki problem beynindəki travmadır. O, onu çox zəif saldı”.