Epilepsiyanın 7 erkən simptomu – Hər kəs bilməlidir

  • 03 Mrt 2021 17:30
  • 853 Baxış
 Epilepsiyanın 7 erkən simptomu  –  Hər kəs bilməlidir

Epilepsiya istənilən yaşda insanda yarana bilən 4 ən geniş yayılmış nevroloji xəstəlikdir və beyinlə əlaqədardır.

Bu xəstəliyi proqnozlaşdırmaq mümkün deyil. İlk tutma qəfildən olur. Lakin hər bir xəstəlik kimi epilepsiyanin da artıq yaranmasını göstərən siqnal əlamətlər var, sadəcə insanlar buna fikir vermir.

Medicina.az həmin əlamətləri təqdim edir.

Ürəkbulanmalar

Bu auralı ürəkbulanmadır, mədə ilə heç bir əlaqəsi yoxdur. Miqren tutmasındakı kimi baş verir: ürəkbulanma, baş hərlənmə, huşda duman, gözdə ağrı eyni vaxtda baş verir. Bu zaman nevroloqa müraciət etmək lazımdır.

Əzələ tikləri, qıcolmalar

Qeyri-ixtiyari əzələlərin hərəkət etməsi, yığılıb açılması, qıcolmalar, spazmlar ciddi siqnaldır
Qollar, əllərdə uyuşma, iynə batırma
Arada bir sanki qollarınızdan elektrik cərəyanı keçirmiş kimi hiss, iynə batırma kimi hiss, yanma, sızlama, uyuşma, keyimə. Əgər bədənin həmişə eyni tərəfində olursa, mütləq həkimə gedin

Qoxubilmənin dəyişməsi

Bİr çox xəstələr epilepsiya öncəsi benzin, dizel, yanmış təkər, rezin qoxusu hiss etdiklərini xatırlayır. Eləcə də ağızda metallik dad, sanki dərman dadı, qəribə tamlar yaranır. Bu sinir sisteminin çox böyük yük altında olduğunu və ciddi dəyişikliyin getdiyini göstərir

Qorxu, çarəsizlik, təşviş

Yaxınlaşan epilepsiya tutmasının bir siqnalı da qəfil, səbəbsiz qorxu, sanki hər şeyin sonudur kimi hiss, qəribə təşviş, ölüm qorxusudur. Düzdür bu digər nevroloji, psixoloji problemlərin də əlamətidir. Amma əgər varsa, beynin və epilepsiyadan yoxlanmaq zərər etməz.

Tənəffüs və nəbz sayında dəyişiklik

Ağır, tez-tez tənəffüs və ürək vurğusu sayının 100-dən çox olması yaxınlaşan epileptik tutmanın ilkin siqnalı ola bilər. Pasiyent dərindən nəfəs ala bilmir, sanki ürəyi sıxılır, 100 km qaçmış kimi özünü hiss edir. Bu bir növ panik ataka bənzəyir, amma daha yumşaq və uzun müddət çəkir.

Xəstə sanki özünü, baş verənləri kənardan izləyir, deyilən söz ona çatmır. Belə olan halda çox təcili tədbirlər görmək lazımdır.

- Qeyri-ixtiyari sidik buraxma

Gecələr tez-tez sidiyə çıxma, gecə yerini islatma, sidik kisəsinin boşalması elə yuxuda ikən baş verən epileptik tutmanın əlaməti ola bilər.