Epiqastral nahiyədə keçməyən ağrılar şişin yayıldığını göstərə bilər

  • 2022.11.11 16:43
  • 3305 Baxış
Epiqastral nahiyədə keçməyən ağrılar    şişin yayıldığını göstərə bilər


Mədə, 12 barmaq bağırsaq, qaraiciyər, mədəaltı vəzi şişlərində epiqastral nahiyədə, yəni qarından yuxarıda, mərkəzdə keçməyən ağrılar olur.

"Medicina" xəbər verir ki, onkoloq Andrey Vorobyev onkoloji xəstəliklərdə ağrıların səbəbini açıqlayıb.

"Şiş kiçik olduqda ciddi ağrı olmur. Mədəaltı vəz və qaraciyərdə şiş zamanı saralma baş verir.

Əgər qarının yuxarısında, qabırğaaltına vuran ağrı varsa, deməli, şiş yanaşı orqan və sinirləri sıxır və qıcıqlandırır.
Kürəyə vuran ağrı şişin onurğaya təsirini göstərir.

Bəzən bu ağrılar yemək yeyəndən sonra başlayır və yatana kimi davam edir. Uzandıqda bir az səngiyir.
Mədəaltı vəz şişlərində kor ağrı yuxuda da dayanmır və yatmağa mane olur".

Aygün Musayeva