Ərdoğanın həkimi təyyarədə körpəni xilas etdi

  • 2021.03.23 11:59
  • 1163 Baxış
Ərdoğanın həkimi təyyarədə körpəni xilas etdi

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın həkimi, millət vəkili Rəcəb Şəkər təyyarədə bir qazaxıstanlı ailənin körpəsinə yardım edərək onun həyatını təhlükədən xilas edib.

Medicina.az xəbər verir ki, Bişkək – İstanbul reysi ilə uçan təyyarənin sərnişinləri arasında olan qazaxıstanlı ananın iki əkiz övladından birinin vəziyyəti pisləşib və təyyarə Ankara hava limanına endirilib. Bu zaman təyyarədə olan Rəcəb Şəkər körpəyə yardım edib. Uşağın vəziyyəti yaxşılaşıb.