Əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti

  • 2026.01.31 16:14
  • 86 Baxış
Əri tərəfindən kəsici alətlə xəsarət yetirilən    qadının vəziyyəti


Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.

Medicina.az xəbər verir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından oxu.Az-a verilən məlumata görə, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

medicina.az