Əri yatanda xoruldayanlara məsləhətlər - Necə rahat yatmalı?

  • 2023.09.18 16:23
  • 1827 Baxış
Əri yatanda xoruldayanlara məsləhətlər  - Necə rahat yatmalı?


Küçədən gələn maşın səsləri və həyat yoldaşının xorultusu yuxunu pozan ən qıcıqlandırıcı səslərdir. Bundan da daha çox qadınlar əziyyət çəkir. Qadın üçün yuxu sağlamlıq, gözəllik səbəbidir. Ona görə xoruldayan partnyor zamanla onu tükədə bilər.


"Medicina" xəbər verir ki, terapevt Yelena Klimovskaya bu vəziyyətdən çıxış yollarını açıqlayıb.
"Yuxu zamanı insana təsir edən kənar səslər beyin dalğalarını və ürək döyüntüsünü sürətləndirir.

Ona görə insan tez-tez səksənib oyanır, səthi yuxuda olur, hətta yuxuda hissiyatı qalır, ətrafı hiss edir.

Hətta saatın taqqıltısı, kondinsioner və soyuducu səsi də beyinə yuxuda təsir edir.

Burda əsas məqam insanın özünün küyə, səsə diqqətni cəmləməməsidir.

Səs qıcıqlandırıcılarına fikir verdikdə onlar daha da güclü təsir edir.

İstənilən halda, yuxu zamanı istənilən davamlı təşvişli səs ürək-damar sistemi üçün zərərlidir.

Bədəni, beyini rahatladıb yuxuya getmək üçün tənəffüs gimnastikası etmək lazımdır. 7 dəfə bunu edin. Çox yavaş və dərindən nəfəsi alıb, 4ə qədər sayaraq, saxlayıb, sonra dodaqları yığaraq,
iki dodağın arasından səsli şəkildə verin. Bu ürəyi sakitləşdirir.

Eləcə də qulaqlar üçün xüsusi yuxu tıxaclarından istifadə edə bilərsiz.

Yataq otağına televizor qoymayın, çarpayı yuxu üçündür. Telefonu da digər otaqda qoyun. Yataq otağında mavi fon işıqlarından qaçın".

Aygün Musayeva