Yay meyvələri olan ərik, şaftalı və gavalının qabığı həm faydalı, həm də diqqət tələb edən hissədir.
Medicina.az xəbər verir ki, meyvə qabığında antioksidantlar, vitaminlər və liflər daha çox olur. Bu maddələr orqanizmi qoruyur və həzm sisteminə fayda verir.
Lakin qabıqda pestisid qalıqları da qala bilər. Buna görə meyvələri yaxşı yumaq, mümkün olduqda isə orqanik məhsullara üstünlük vermək tövsiyə olunur.
Həssas həzm sistemi və allergiyası olan şəxslərdə isə meyvə qabığı narahatlıq yarada bilər.
Xanım,
Medicina.az