Əriyin cana bilmədiyiniz 5 faydası

  • 07 İyl 2021 20:46
  • 1252 Baxış
Əriyin cana  bilmədiyiniz 5 faydası

İyul ərik fəslidir. Bu əlvan narıncı meyvələr Bakı bağlarının bəzəyidir. Gündə 5 ərik yemək bütün orqan və sistemlərə müsbət təsir edir.


Medicina.az əriyin bilmədiyiniz faydalarını araşdırıb.

Ərik sinir, əsəb, ürək, həzm sistemi üçün faydalıdır.

Çox güclü antioksidant olduğu üçün qocalmanı gecikdirir.


- Ərik A, C, E vitamini, flavonidlərlə zəngindir. İltihabi prosesləri sağaldır, immuniteti möhkəmlədir, xərçəngə səbəb olan sərbəst radikalları zərərsizləşdirir.

- Beta-karotinlə zəngin olduğu üçün görməni itiləşdirir

- Dərini cavanlaşdırır, bərkidir, tonus verir, rəngini yaxşılaşdırır. Dırnaq və saçları möhkəmlədir.

- Ərik lifli qidadır. Mədə turşuluğunu tənzimləyir, qəbizliyə qarşıdır. Həzmi yaxşılaşdırır, bağırsaqları təmizləyir
- Qanda şəkər və xolesterini azaldır

- kaliy, maqniy mineralları mənbəyidir. Bu da ürək əzələsi və qan damarları üçün vacibdir.

- Əsəbi olanlar, başı ağrıyanlar, xroniki yorğunluğu olanlar əriyin özünü də, qurusunu da yeməlidir.

- Ərik orqanizmdə vitamin D və maqniyin mənimsənilməsi üçün borla zəngindir.