Ermənistanda 1 138 nəfər koronavirusa yoluxdu

  • 2020.12.09 10:54
  • 1017 Baxış
Ermənistanda 1 138 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 1 138 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 144 066 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 2 393-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 601-ə yüksəlib. İndiyədək 120 532 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 20 540 aktiv koronavirus xəstəsi var.