Ermənistanda virusdan ölənlərin sayı 2 254-ə çatdı

  • 2020.12.03 10:59
  • 1048 Baxış
Ermənistanda virusdan ölənlərin sayı 2 254-ə çatdı

Ermənistanda daha 1 277 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 138 508 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 254-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 567-yə yüksəlib. İndiyədək 113 228 nəfər infeksiyadan sağalıb.