Ermənistanda 1 472 nəfərdə koronavirus aşkarlandı

  • 2020.11.14 10:54
  • 15314 Baxış
Ermənistanda 1 472 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda daha 1 472 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 41 nəfər artaraq 1 738-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 448-a yüksəlib. İndiyədək 74 105 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 39 564 aktiv koronavirus xəstəsi var.