Ermənistanda 16 nəfər koronadan öldü

  • 04 May 2021 11:09
  • 229 Baxış
Ermənistanda 16 nəfər koronadan öldü
Ermənistanda son sutkada koronavirusa 399 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 217 407-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 165 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 201 107 nəfər sağalıb. Hazırda 11 106 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.