Ermənistanda 23 nəfər pandemiyadan öldü

  • 2020.12.10 11:04
  • 1127 Baxış
Ermənistanda 23 nəfər pandemiyadan öldü

Ermənistanda daha 1 174 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 145 240 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 416-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 606-ya yüksəlib. İndiyədək 121 882 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 20 336 aktiv koronavirus xəstəsi var.