Ermənistanda 24 nəfər COVID-19-dan öldü

  • 2021.04.20 11:26
  • 887 Baxış
Ermənistanda 24 nəfər COVID-19-dan öldü
Ermənistanda son sutkada koronavirusa 667 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 209 485-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 24 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 919 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 189 688-ə çatıb. Hazırda 14 896 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.