Ermənistanda 30 nəfər koronavirusdan öldü

  • 2020.11.20 11:02
  • 1133 Baxış
 Ermənistanda 30 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 667 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

"Sputnik Armenia”yanın verdiyi xəbərə görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 123 646, xəstəlikdən ölənlərin sayı isə 1 900 nəfərə çatıb.

Ölkədə koronavirusdan sağalanların sayı 90 754 nəfərdir.