Ermənistanda COVID-19-dan ölənlərin sayı 721-ə çatdı

  • 14 Yan 2021 11:44
  • 278 Baxış
Ermənistanda COVID-19-dan ölənlərin sayı 721-ə çatdı

Ermənistanda daha 448 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 163 576 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 2 963-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 721-ə yüksəlib. İndiyədək 151 849 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 043 aktiv koronavirus xəstəsi var.