Ermənistanda daha 5 nəfər koronavirusa yoluxdu

  • 2020.03.14 00:50
  • 1189 Baxış
Ermənistanda daha 5 nəfər koronavirusa yoluxdu
Ermənistanda koronavirusa yoluxanların sayı 8-dən 13 nəfərə yüksəlib. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkə hesabında məlumat yayıb.

“İndiyədək bizdə 13 koronavirusa yoluxma faktı təsdiqini tapıb”, - nazirlik rəsmisi Feysbukda yazıb.


Onun sözlərinə görə, virusa yoluxanların hamısının vəziyyəti qənaətbəxşdir, yalnız birinə pnevmoniya diaqnozu qoyulub.