Ermənistanda doğum evlərində biabırçılıq - Atası müharibəyə getməyən körpələri....

  • 2020.11.04 15:19
  • 1306 Baxış
Ermənistanda doğum evlərində biabırçılıq  - Atası müharibəyə getməyən körpələri....


Ermənistanda yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə doğum şəhadətnaməsi verilir.

Medicina.az xəbər verir ki, bu barədə erməni bloger Robert Hayrapetyan yazıb.
" Uşaq doğulduqdan bir gün sonra doğum haqqında şəhadətnamənin yalnız uşağın atasının cəbhəyə könüllü getməsi barədə təsdiqedici sənədinin təqdim edilməsi şərti ilə veriləcəyini necə izah etmək olar?

Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?"

Bu qərar rəsmi səviyyədə təsdiqlənməsə də hökumətin bu yolla orduya qüvvə cəlb etməyə cəhd etdiyi görünür.