Ermənistanda donuz qripi yenidən yayılıb

  • 2022.12.29 13:50
  • 1645 Baxış
Ermənistanda donuz qripi  yenidən yayılıb
“Ermənistanda donuz qripi yenidən yayılmağa başlayıb”.

Medicina.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Anahit Avanesyan hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxma halları artır.

Nazir xatırladıb ki, qripə yoluxma halları həmişə olduğu kimi qışda artır, lakin son iki-üç ildə koronavirus pandemiyası səbəbindən bu virus arxa plana keçib: “İndi təəssüf ki, H1N1 (donuz qripi) qripinin ştamı yenidən yayılır. Bu da kifayət qədər təhlükəlidir”.

A.Avanesyan bir daha 12 yaşınadək uşaqları və xroniki xəstəlikləri olan vətəndaşları qripə qarşı peyvənd olunmağa çağırıb.

Nazir həmçinin peyvəndlərdə H1N1-ə qarşı antitellərin də olduğunu vurğulayıb.