Ermənistanda koronadan ölənlərin sayı 4 192-ə çatdı

  • 2021.05.06 11:08
  • 1070 Baxış
 Ermənistanda koronadan ölənlərin sayı 4 192-ə çatdı
Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 218 325-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 14 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 192 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 202 273 nəfər sağalıb. Hazırda 10 828 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.