Ermənistanda koronavirus yayılmaqda davam edir

  • 2020.08.16 19:39
  • 2676 Baxış
Ermənistanda koronavirus yayılmaqda davam edir
Ermənistanda son sutka ərzində daha 168 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib.

Bununla da ölkədə xəstələnənlərin sayı 41 663-ə, virus qurbanlarının sayı isə 818-ə yüksəlib.

Bundan əlavə, indiyədək 34 584 nəfər sağalıb. Ölkədə 6 261 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər uzadılıb.