Ermənistanda koronavirusa yoluxanların sayı 45 minə çatır

  • 2020.09.08 11:19
  • 1943 Baxış
Ermənistanda koronavirusa yoluxanların sayı 45 minə çatır
Ermənistanda daha 108 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 953-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 903-ə çatıb. İndiyədək 40 592 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 182 aktiv koronavirus xəstəsi var.