Ermənistanda koronavirusa yoluxanların sayı artmağa davam edir

  • 2020.03.14 15:24
  • 1899 Baxış
Ermənistanda koronavirusa yoluxanların sayı artmağa davam edir
Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var.