Ermənistanda koronavirusdan ölənlərin sayı 1 000-i keçdi

  • 2020.10.08 11:30
  • 1444 Baxış
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 000-i keçdi

Ermənistanda daha 718 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 54 473-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 1 004-ə çatıb. İndiyədək 45 312 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 7 855 aktiv koronavirus xəstəsi var.