Ermənistanda koronavirusla bağlı son statistika - 26 ölü

  • 2020.12.15 11:05
  • 1165 Baxış
Ermənistanda koronavirusla bağlı son statistika -  26 ölü

Ermənistanda daha 438 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 149 120 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 529-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 626-ya yüksəlib. İndiyədək 127 452 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 18 513 aktiv koronavirus xəstəsi var.